KİV: Çin Pekində keçiriləcək paradda hipersəs raketlərini təqdim edə bilər

01.08.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Çin sentyabrın 3-də Pekində keçiriləcək hərbi paradda hipersəs raketlərini və yeni pilotsuz uçuş aparatlarını təqdim edə bilər.
APA xəbər verir ki, bu barədə “Global Times” nəşrinə hərbi ekspert Sun Çjunpin məlumat verib.

Ekspertin sözlərinə görə, yeni silah sistemləri Çinin milli müdafiə sahəsindəki nailiyyətlərini nümayiş etdirəcək, eyni zamanda düşmən qüvvələr üçün çəkindirici rol oynayacaq, ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qoruyacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью