Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Çinin Mərkəzi Hərbi Komissiyasının (MHK) sədr müavini və Çin Kommunist Partiyasının Siyasi Bürosunun üzvü Çjan Yusya Çinin nüvə silahları ilə bağlı əsas texniki məlumatları ABŞ-yə ötürməkdə şübhəli bilinir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Generala qarşı ittihamlar yüksəkrütbəli hərbçilər üçün keçirilən brifinqdə elan edilib. Digər ittihamlar arasında vəzifə səlahiyyətlərindən sui-istifadə və siyasi qruplaşmalar yaratmaq da var. Məsələ ilə bağlı istintaq başladılıb.
Ekspertlər Çjanın vəzifədən uzaqlaşdırılmasını Çinin rəhbəri Si Cinpinin ölkə üzərində tam nəzarəti təmin etmək istəyi ilə əlaqələndirirlər.