KİV: Corcia Meloni Zelenskini “ağrılı güzəştlərə” hazır olmağa çağırıb

10.12.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

İtaliyanın baş naziri Corcia Meloni Ukrayna münaqişəsinin həlli çərçivəsində Volodimir Zelenskini “ağrılı güzəştlərə” hazır olmağa çağırıb.
APA xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.

“Nəzərə alın ki, bəlkə də müəyyən ağrılı güzəştlərə getməli olacaqsınız”, - Meloni qeyd edib.
Məlumata görə, o, ABŞ-ın sülh planı kontekstində Zelenskiyə mənəvi təsir göstərməyə çalışıb.

Zelenski isə öz növbəsində Melonidən ABŞ Prezidenti Donald Trampa təsir etməyi, onun Ukrayna üzrə mövqeyini yumşaltmağı xahiş edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью