KİV: Döyüş təyyarəsi Cammu və Kəşmirdə qəzaya uğrayıb

07.05.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hindistan nəzarətində olan Cammu və Kəşmir əyalətində bir döyüş təyyarəsi qəzaya uğrayıb, pilot yaralanıb.

APA xəbər verir ki, bu barədə “Reuters” Hindistan rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarəni idarə edən pilot xəstəxanaya aparılıb. Qırıcının hansı silahlı qüvvələrə mənsub olduğu və modeli haqqında məlumat verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью