KİV: Əbu Dabidə keçirilən danışıqlarda hərbi məsələlər üzrə daha çox irəliləyiş əldə olunub

24.01.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında aparılan danışıqlar zamanı hərbi məsələlər üzrə müzakirələrdə daha çox irəliləyiş əldə olunub, ərazi məsələləri üzrə isə hələlik qərar yoxdur.

APA xəbər verir ki, bu barədə danışıqların detalları ilə tanış olan mənbəyə istinadən "RBK-Ukraine" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Əbu-Dabidə keçirilən danışıqlar ümumilikdə konstruktiv mühitdə başa çatıb.
O bildirib ki, bu, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən ilk real üçtərəfli görüş olub. Qeyd edilib ki, yanvarın 23-də keçirilən ilk raund daha çox giriş xarakteri daşıyıb.

Məlumata görə, bu gün nümayəndə heyətləri geniş tərkibdə bir araya gəlib, bundan sonra isə iki altqrupa bölünüblər. Altqruplardan biri siyasi, digəri isə hərbi məsələlər üzrə müzakirələr aparıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью