KİV: ər Riyad hava limanına hücum nəticəsində təxminən 50 nəfər xəsarət alıb

11.10.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanının paytaxtındakı Kral Xalid Beynəlxalq Hava Limanına raket zərbəsi endirilməsindən sonra yaxınlıqdakı xəstəxanaya təxminən 50 yaralı yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti kritikdir.

Bu barədə “Financial Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, ər-Riyadın ən böyük xəstəxanalarında fövqəladə vəziyyət elan edilib. Qəzetin yazdığına görə, raketin hava limanının terminallarından birinə düşməsi səbəbilə tibb işçiləri yaralıların təxliyəsini həyata keçiriblər.

Bundan əvvəl “Reuters” şahidlərə istinadən hava limanı yaxınlığında güclü partlayış baş verdiyini bildirib.

Qeyd edək ki, ər-Riyad Beynəlxalq Hava Limanının oktyabrın 11-də günün sonunadək bağlı qalacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью