Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri İsrailə silah tədarükünü məhdudlaşdırmaq üçün səy göstərəcəklər.
APA xəbər verir ki, “Al Hadath” telekanalı bu barədə Ər-Riyadda keçirilən sammitin bəyanat layihəsində deyildiyini yazır.
Telekanalın məlumatına görə, sənəddə qeyd olunur ki, sammit iştirakçıları İsrailə silah ixracının qadağan edilməsi üzərində işləyəcəklər.