KİV: Əs Süveyda şəhərində kütləvi qətliam törədilib

17.07.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qanunsuz silahlı birləşmələr Əs-Süveyda əyalətində bədəvilərə və yığma qoşun döyüşçülərinə qarşı kütləvi qətliam törədiblər.

Oxu.Az xəbər verir ki, bu iddia ilə SANA agentliyi çıxış edib.

Bildirilir ki, qətliam Suriya hökumət qoşunlarının şəhəri tərk etməsindən sonra baş verib.

Agentliyin mənbələrinin sözlərinə görə, şəhərin Əl-Mikaus bölgəsində qadınlar və uşaqlar daxil olmaqla, dinc vətəndaşlara qarşı kütləvi qətliam törədilib.

Ölən və yaralananların dəqiq sayı barədə məlumat verilmir. Sağ qalan bədəvilər yaşadıqları yerləri tələsik tərk edirlər.

Suriyanın "Al Watan" qəzeti isə öz növbəsində iddia edir ki, Əs-Süveydadakı iğtişaşların arxasında İsraillə yaxınlaşmanı müdafiə edən və bir gün əvvəl Dəməşqdəki hakimiyyətə itaətsizliyə çağıran radikal druz şeyxi Hikmət əl-Həcəri tərəfdarları dayanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью