KİV: Əs Süveydadakı döyüşlər nəticəsində 250 nəfərə yaxın insan həlak olub

16.07.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Suriyanın Əs-Süveyda şəhərində baş verən toqquşmalar nəticəsində azı 248 nəfər həlak olub.

Bakıvaxtı.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Monitorinq Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, ölənlər arasında druzların 92 nümayəndəsi var, onlardan 28-i mülki şəxslərdir, daha 21 nəfər isə məhkəmədənkənar edam nəticəsində öldürülüb.

Monitorinq mərkəzinin məlumatına görə, Suriya təhlükəsizlik qüvvələrinin azı 138 əməkdaşı, həmçinin 18 bədəvi döyüşçüsü həlak olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью