KİV: Fransanın Renault şirkəti Ukraynada dron istehsal edən zavod açacaq

09.06.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransanın avtomobil istehsalçısı "Renault" Ukraynada dron istehsal edən zavod açmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə "Franceinfo" nəşri şirkətdəki mənbələrə istinadən məlumat yayıb.

Fransız avtomobil istehsalçısının nümayəndələri jurnalistlərlə söhbətində Ukrayna hökumətinin onlarla əlaqə saxladığını təsdiqləyiblər.

Bununla belə, hazırda hələ heç bir rəsmi qərarın qəbul olunmadığı da qeyd olunub.

Nəşrin məlumatına görə, bu tərəfdaşlıq Ukrayna ilə Fransa arasında münasibətlərdə dönüş nöqtəsi hesab olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью