KİV: Haaqada baş verən partlayışda dörd nəfər xəsarət alıb, dağıntılar altında təxminən 20 nəfər insan ola bilər

07.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Haaqada (Niderland) yaşayış binasında baş verən partlayış nəticəsində 4 nəfər xəsarət alıb, dağıntılar altında təxminən 20 nəfər ola bilər.

“Report” xəbər verir ki, bu barədə “Nu.nl” portalı məlumat yayıb.

Məlumata görə, baş verən partlayış yanğına səbəb olub və nəticədə bir neçə mənzildən ibarət binanın fasadı dağılıb.

Qeyd olunub ki, dağıntılar altından 4 nəfər xilas edilib.

Partlayışın səbəbi hələlik məlum deyil.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью