KİV: Hannoverdə şin istehsalı zavodunun ərazisində partlayış baş verib

06.03.2025

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniyanın Hannover şəhərində “Continental” şirkətinin şin istehsalı zavodunun ərazisində partlayış baş verib.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Məlumata görə, əraziyə yanğınsöndürmə xidməti cəlb edilib.

Hadisə yerində sınmış pəncərə şüşələri qeydə alınıb ki, bu da istehsalat binasında əhəmiyyətli zədələrin olduğunu göstərir.

Şahidlər güclü partlayış səsi eşitdiklərini bildiriblər. Binanın fasadının bir hissəsi zədələnib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью