KİV: Hörmüz boğazında minə yaxın gəmi yığılıb

06.03.2026

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hörmüz boğazında hərəkətin məhdudlaşdırılmısı ilə əlaqədar Fars körfəzində 1 000-ə yaxın gəmi yığılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Lloyd`s Market Association (LMA) assosiasiyasının rəhbəri Şeyla Kamerona istinadən xəbər verib.

O bildirib ki, həmin gəmilərin demək olar ki, yarısı yanacaqdaşıyan tankerlərdir.

Onun sözlərinə görə, bu gəmilərin ümumi sığorta dəyəri 25 milyard dolları keçir.

"Martın 1-dən etibarən, azı 40 gəmi Hörmüz boğazından keçib", - deyə Kameron əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью