KİV iddia edir, İsrail isə təkzib: Qəzzada kim atəş açıb?

01.06.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İsrail Müdafiə Ordusu Qəzza zolağında humanitar yardımın paylanması məntəqəsinə atəş açdıqlarına dair yayılan iddiaları təkzib edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, son saatlarda bəzi KİV-lərdə ordunun Qəzzada mülki şəxslərə atəş açdığı barədə yayılan məlumatlar yalandır və ciddi əsassız ittihamlardır.

“İlkin araşdırmanın nəticələrinə əsasən, ordu yardım paylanma məntəqəsinin yaxınlığında və ya içərisində olan mülki şəxslərə atəş açmayıb. Bu barədə yayılan xəbərlər reallığı əks etdirmir”, – deyə bəyanatda qeyd olunub.

Ordudan əlavə olunub ki, İsrail ordusu Qəzzada yardım paylayan ABŞ və beynəlxalq humanitar təşkilatlarla əməkdaşlıq edir. Habelə, bu əməkdaşlığın pozulmasında məsuliyyətin HƏMAS-ın üzərinə düşdüyü vurğulanıb. Ordudan media qurumlarına HƏMAS-a bağlı mənbələrdən gələn məlumatlara ehtiyatla yanaşmaları tövsiyə olunub.

Xatırladaq ki, daha əvvəl İsrail qüvvələrinin Rəfahda yardım məntəqəsinə atəş açması barədə xəbərlər yayılmışdı.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью