KİV: İran ABŞ da danışıqların bərpası üçün Səudiyyə Ərəbistanından kömək istəyib

20.11.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran Səudiyyə Ərəbistanından ABŞ-la danışıqların bərpasına kömək etməyi xahiş edib.

APA xəbər verir ki, bu barədə məlumatlı iki mənbə “Reuters”ə bildirib.

Məlumata görə, İran Prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmana ünvanladığı məktubunda “İran münaqişə istəmir və regional əməkdaşlığın tərəfdarıdır. Biz nüvə məsələsini diplomatiya yolu ilə həll etməyə hazırıq. Amma hüquqlarımızın təmin olunması şərtilə” sözlərini yazıb.

Qeyd edək ki, hazırda İran və ABŞ arasında nüvə məsələsi ilə bağlı danışıqlar aparılmır.

İran rəsmiləri istənilən mümkün dialoqun yalnız nüvə barəsində olacağını, ballistik raket proqramının gündəliyə daxil edilməyəcəyini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью