KİV: İran diplomatlarını və hərbçilərini Suriyadan təxliyə etməyə başlayıb

07.12.2024

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran bəzi diplomatlarını və hərbi müşavirlərini Suriyadan təxliyə etməyə başlayıb.

APA xəbər verir ki, bu barədə “The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

İddialara görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəzi hərbçilərini artıq İraq və Livana təxliyə edilib.

“The New York Times”ın mənbələri iddia edir ki, bəzi iranlı diplomatlar və onların ailə üzvləri, eləcə də sıravi İran vətəndaşları Suriyanı tərk edib.

İnsanların bir qismi təyyarə ilə Tehrana, bir qismi isə quru yolu ilə Livan, İraq və Suriyanın Latakiya limanına göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью