KİV: İran müharibə vaxtı İsrail hərbi bazalarını vura bilib

08.07.2025

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran ötən ay baş verən 12 günlük münaqişə ərzində İsrailin hərbi obyektlərini vura bilib.

APA xəbər verir ki, bunu adı açıqlanmayan İsrail rəsmisi “Reuters“ə bildirib.

Onun sözlərinə görə, İran çox az sayda İsrail hərbi bazalarını vurub ki, dəyən ziyan həmin bazalarda fəaliyyətin dayanmasına səbəb olmayıb.

Anonim İsrail rəsmisi daha detallı məlumat verməkdən imtina edib.

Xatırladaq ki, İran və İsrail arasında davam edən konflikt iyunun 24-də ABŞ tərəfindən elan olunan atəşkəslə sona çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью