KİV: İran Səudiyyə Ərəbistanındakı ABŞ bazasına ballistik raket atıb

18.07.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın Səudiyyə Ərəbistanında yerləşən ABŞ hərbi bazasına ballistik raket atdığı iddia olunur.

Bu barədə "Axios" portalının jurnalisti Barak Ravid ABŞ administrasiyasının nümayəndəsinə istinadən "X" sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, bu, İranın təxminən son dörd ay ərzində Səudiyyə Ərəbistanı ərazisinə endirdiyi ilk birbaşa zərbədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью