KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib

08.10.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

İran və ABŞ arasında münaqişənin nizamlanması məqsədilə ayrı-ayrı dövlətlərin həyata keçirdiyi vasitəçilik səyləri dalana dirənib.

“Al Hadath” telekanalının ABŞ-dan olan yüksəkvəzifəli mənbəsinə istinadən verdiyi məlumata görə, Vaşinqton Tehrana nüvə potensialı məhdudlaşdırılmayana qədər ikitərəfli dialoqda irəliləyişin olmayacağı barədə mesaj göndərib.

Mənbənin iddiasına görə, ABŞ İranın Hörmüz boğazı üzərində nəzarəti itirdiyini hesab etdiyindən bu məsələ artıq Vaşinqton üçün prioritet deyil.

Bildirilib ki, Vaşinqton Tehrandan İranın bundan sonra nüvə imkanlarını inkişaf etdirməyəcəyini qəbul etməsini tələb edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью