KİV: İranın yeni ali dini lideri vəzifəsinə Xameneinin oğlu əsas namizəddir

04.03.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın yeni ali dini lideri vəzifəsinə Xameneinin oğlu əsas namizəddir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. 

"Ali rəhbər postuna ən güclü namizəd kimi Ayətullah Əli Xameneinin ikinci oğlu Müctəba Xameneinin adı hallanır", - məlumatda qeyd edilib.

Qeyd olunur ki, 56 yaşlı Müctəba Xamenei hələ atasının sağlığında əhəmiyyətli təsir rıçaqlarına sahiblənib. Onun İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı “Bəsic” yarımhərbi dəstəsilə güclü əlaqələri olduğu bildirilir.

Aynur Babazadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью