KİV: İranla müharibə İsrailə gündə yüzmilyonlarla dollara başa gəlir

20.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

İranla münaqişə İsrailə gündə yüzmilyonlarla dollara başa gəlir.

Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri ekspertlərə istinadən məlumat verib.

Qeyd olunur ki, bu, İsrailin uzun sürən müharibəni davam etdirmək imkanlarını məhdudlaşdıra bilər. Belə ki, İsrailin raket sistemləri hər gün 200 milyon dollara, digər növ "Arrow 3" raketləri isə 4 milyon dollara başa gəlir.

Məlumata görə, əlavə xərclərə hər birinin saatı təxminən 10 min dollara başa gələn "F-35" qırıcılarından istifadə, eləcə də yanacaqdoldurma, "JDAM" və "MK84" kimi dəqiq idarə olunan sursatlar daxildir. İranla bir aylıq müharibə İsrailə təxminən 12 milyard dollara başa gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью