KİV: İsrail iyunun 28 də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq

28.06.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail və Livan Livanın cənubunda iki pilot təhlükəsizlik zonasının yaradılması barədə razılığa gəlib.

Bu barədə "Al-Markaziya" agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail ordusu iyunun 28-də Litani çayının şimalında yerləşən Zaütər əl-Qərbiyyə və Bint-Cübeyl dairəsində yerləşən Frun yaşayış məntəqəsindən qoşunlarını çıxaracaq.

Qeyd olubub ki, həmin ərazilərə Livan ordusu yerləşdiriləcək. Hərbçilər bölgədə təhlükəsizliyi təmin etməli və "Hizbullah" silahlılarının fəaliyyətinin qarşısını almaq imkanlarını nümayiş etdirməlidirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью