KİV: İsrail nümayəndə heyəti Qəzza danışıqları üçün Qahirədədir

28.04.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

İsrail nümayəndə heyəti Qəzza zolağında atəşkəslə bağlı danışıqlar aparmaq üçün bazar ertəsi Qahirəyə yola düşüb.

APA xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, israilliləri Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Həsən Rəşad qəbul edib və hazırda tərəflər arasında məsləhətləşmələr aparılır.

İsrailin nümayəndə heyətinə strateji planlaşdırma naziri Ron Dermer başçılıq edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью