KİV: İsrail ordusu Dəməşqin 25 km cənubqərbinə çatıb

10.12.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqin təxminən 25 kilometr cənub-qərbinə çatıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Suriya mənbələri bildirib.

Qeyd edilib ki, İsrail əsgərləri Suriya ərazisindən 10 kilometr aralıda, Qolan təpələrini Suriyadan ayıran hərbsizləşdirilmiş zonanın şərqində yerləşən Qətənə çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью