KİV: İsrail ordusu Dəməşqin 25 km cənubqərbinə çatıb

10.12.2024

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqin təxminən 25 kilometr cənub-qərbinə çatıb.

APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Suriya mənbələri bildirib.

Qeyd edilib ki, İsrail əsgərləri Suriya ərazisindən 10 kilometr aralıda, Colan təpələrini Suriyadan ayıran hərbsizləşdirilmiş zonanın şərqində yerləşən Qətənə çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью