Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ABŞ-a gizli səfər edərək Vaşinqtonda Amerika hərbi rəhbərliyi ilə məsləhətləşmələr aparıb.
APA xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, səfər ötən həftəsonu baş tutub.
Qeyd olunur ki, Zamir amerikalı həmkarlarına həssas kəşfiyyat məlumatları təqdim edib, həmçinin İrana qarşı mümkün hərbi variantları müzakirə edib və Vaşinqtonla Tehran arasında aparılan diplomatik danışıqlara təsir göstərməyə çalışıb.