KİV: İsrail Qəzzanın işğalı planını Trampa təqdim edib

28.08.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

İsrail hökuməti Qəzzanın işğalı planını ABŞ Prezidenti Donald Trampa təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Bu planı ABŞ prezidentinə Ağ Evdə İsrailin strateji planlaşdırma naziri Ron Dermer nümayiş etdirib.
O bildirib ki, İsrail uzun müddət ərzində ərazini işğal etməyi planlaşdırmır, lakin anklavın idarə olunması üçün HƏMAS-a qəbul edilə bilən alternativə ehtiyac duyur.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью