KİV: İsrail tankları Suriyaya daxil olub

08.12.2024

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail silahlı qüvvələrinin tanklarının Suriya sərhədini keçdiyi bildirilir.

“Ölkə.az” xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.

“Əsəd rejiminin bir gecədə süqutundan sonra Suriya mənbələri İsrail tanklarının Colan təpələri tərəfdən Suriya sərhədini keçdiyini iddia edir”, – nəşrin məlumatında deyilir.

Məqalədə təsdiqlənməmiş məlumatlara görə, İsrail qüvvələrinin Kuneytra bölgəsindəki bufer zonasına daxil olduğu və ərazini artilleriya atəşinə tutduğu bildirilir.

İsrail ordusu hazırda müvafiq məlumatları şərh etməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью