Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsraildə Yəməndən raket buraxılması ilə əlaqədar hava həyəcanı elan edildikdən sonra mərkəzi bölgədə azı 18 sakin xəsarət alıb.
Moderator.az Report - a istinadla xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, insanlar bomba sığınacaqlarına tələsərkən xəsarət alıblar.
Raket hücumu təhlükəsi həmçinin Tel-Əvivdəki Ben-Qurion beynəlxalq hava limanının işinin təxminən 30 dəqiqəlik dayandırılmasına səbəb olub, bu müddət ərzində hava limanı reyslər qəbul etməyib və yola salmayıb.