KİV: İsrailin şimalının atəşə tutulması nəticəsində bir neçə nəfər yaralanıb

26.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Livandan edilən raket hücumları zamanı İsrailin şimalında azı iki sakin yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, sakinlər ölkənin şimalındakı Nəhariyyə şəhərinə raket zərbəsi nəticəsində qəlpə yaraları alıblar. Vəziyyəti ağır olan 70 yaşlı qadın və orta ağır olan 80 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Daha bir neçə nəfər həkim nəzarətindədir.

İsrail Ordusunun Mətbuat xidmətinin məlumatına görə, Livandan son hücum zamanı İsrailin şimal bölgələrinə doğru 10-a yaxın raket atılıb. Mərmilərin bəziləri zərərszləşdirilib.

Xatırladaq ki, Yaxın Şərqdə Fələstinin HƏMAS radikal hərəkatının yaraqlılarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə sızmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və insanların girov götürülməsindən sonra vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və girov götürülənlərin hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью