KİV: Juninyonun transferi ilə bağlı razılıq əldə olundu

11.01.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Qarabağ" Olavio Juninyonun Braziliyanın "Flamenqo" klubuna keçidindən 5 milyon avro qazanacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.

Tərəflərin razılığa gəldiyi, "Flamenqo"nun sözügedən məbləği "Qarabağ"a hissə-hissə ödəyəcəyi bildirilib.

Klublar artıq sənəd mübadiləsinə başlayıb. 28 yaşlı hücumçu müqavilə imzaladıqdan sonra "Flamenqo"ya mövsümöncəsi hazırlıq keçdiyi ABŞ-də qoşulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью