KİV: Kanada yeni HHM sisteminə qoşulmaq üçün ABŞ la danışıqlar aparır

21.05.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Kanada hakimiyyəti artıq ABŞ administrasiyası ilə Ottavanın Amerikanın “Qızıl Qübbə” Hava Hücumundan Müdafiə sistemi layihəsinə qoşulması məsələsini müzakirə edir.

APA xəbər verir ki, bu barədə CTV telekanalı Kanadanın baş naziri Mark Karninin ofisindəki mənbəyə istinadən məlumat verib.

Mənbə məsələ ilə bağlı heç bir təfərrüat verməyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Kanadanın layihəyə qoşulmaq istədiyini açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью