KİV: Kral ailəsi bot fermaları nın hədəfinə çevrilib

17.09.2026

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Britaniya kral ailəsi xarici “bot fermaları” ilə əlaqələndirilən dezinformasiya kampaniyasının hədəfinə çevrilib.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Süni intellektdən istifadə edən minlərlə hesabın iştirakı ilə koordinasiya edilən hücumların Vyetnamdan həyata keçirildiyi və bu cür əməliyyatların kriptovalyuta qarşılığında təşkil edildiyi bildirilir.

“The Times” qeyd edir ki, kral ailəsi haqqında saxta məlumatların yayıldığı paylaşımların sifarişçisinin kim olduğunu hələ müəyyənləşdirmək mümkün deyil. Nəşrin müsahibə aldığı bəzi ekspertlər onların üçüncü tərəf, o cümlədən Rusiya tərəfindən maliyyələşdirilə biləcəyini istisna etmirlər.

Kral III Çarlzın ABŞ-a dövlət səfəri ərəfəsində internetdə yayılan kampaniyalardan birində onun gizli şəkildə İslamı qəbul etdiyi iddia olunub. Saxta məlumatlar çox vaxt süni intellekt vasitəsilə yaradılmış görüntülərlə müşayiət olunur.

Neyroşəbəkələrin təhlükəsizliyi məsələləri bu gün Şotlandiyadakı Damfris-Haus malikanəsində müzakirə olunur. Burada Kral III Çarlzın sədrliyi ilə süni intellekt sahəsində fəaliyyət göstərən liderlərin sammiti keçirilir. Tədbirdə “Anthropic”, “Nvidia”, “Google DeepMind” və “OpenAI” şirkətlərinin nümayəndələri iştirak edirlər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью