Статья не опубликована
KİV: KXDR və Rusiya birgə PUA istehsalına başlayacaq | Icma.az

KİV: KXDR və Rusiya birgə PUA istehsalına başlayacaq

08.02.2025

Icma.az xəbər verir, Aznews.az saytına əsaslanaraq.

Koreya Xalq Demokratik Respublikası (KXDR) və Rusiya döyüş pilotsuz uçuş aparatlarının birgə istehsalına başlayacaq.

AzNews.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Nəşrin məlumatına görə, Şimali Koreya Rusiyadan bir neçə növ pilotsuz uçuş aparatının hazırlanması üçün texniki yardım alacaq və sonra onlar kütləvi istehsala buraxılacaq.

Nəşrin mənbələri iddia ediblər ki, dronların hazırlanması ilə bağlı saziş KXDR-in Ukraynadakı müharibədə iştirak etmək üçün ordusunu göndərdiyi müqavilənin tərkib hissəsi olub.

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью