KİV: Leandro Andrade Ukrayna klubuna transfer olur

22.06.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Ukraynanın “Polessye” klubu Leandro Andradenin transferi ilə bağlı “Qarabağ”la razılıq əldə edib.

İdman.Biz Ukrayna KİV-ə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi bu keçid müqabilində 4 milyon avrodan yüksək qazanc əldə edəcək.

Qeyd olunur ki, 26 yaşlı oyunçunun transfer dəyəri 3 milyon avro olaraq göstərilsə də, “Qarabağ” bu məbləğə razılaşmadığından, Ukrayna klubu daha yüksək pul təklif edib. Bu da ağdamlıları qane edib.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda dərc edilən məlumatda Leandro Andraden Ağdam klubundan maaşının artırlmasını, lakin “Qarabağ”ın bununla razılaşmadığı iddia olunurdu.

Qeyd edək ki, Leandro Andrade 2022-ci ildən “Qarabağ”ın formasını geyinir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью