KİV: “Liverpul”un sabiq kapitanı “Monako”ya keçmək üçün “Ayaks”la münaqişəyə girib | Icma.…
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hazırda “Ayaks”da çıxış edən “Liverpul”un keçmiş kapitanı Cordan Henderson Amsterdam klubunu tərk edərək Fransanın “Monako”suna keçmək niyyətindədir.
“Ayaks” rəhbərliyi hələlik qəti şəkildə bunun əleyhinədir ki, bu da “Qalatasaray”la matç günü münaqişəyə səbəb olub.
“Report” xəbər verir ki, bu barədə Niderlandın “Telegraaf” qəzeti yazıb.
“Ayaks” “Qalatasaray” üzərində mühüm qələbə (2:1) qazanaraq Avropa Liqasının pley-offuna çıxışını təmin edib.
Lakin əsas müzakirə mövzusu amsterdamlıların qələbəsi deyil, Cordan Hendersonun davranışı olub.
İngiltərəli futbolçu kapitan kimi meydana çıxmaqdan imtina edib və matçdan əvvəl 2026-cı ilə qədər müqaviləsi olmasına baxmayaraq, “Monako”ya pulsuz keçirilməsini tələb edib.
Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunda uğursuz dönəmdən sonra Henderson 2024-cü ilin yanvarında “Ayaks”a qoşulub.
Tam oxu
Xəbəri oxu