KİV: Makron Ukraynada qüvvələrin yerləşdirilməsi ilə bağlı Trampın dəstəyini ala bilmir

26.02.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa prezidenti Emmanuel Makron Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampı münaqişənin həllindən sonra Ukraynaya Avropa qoşunlarının göndərilməsini dəstəkləməyə razı sala bilməyib.

APA xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer fevralın 23-də telefon danışığı zamanı Trampa fevralın 27-də təqdim olunacaq təkliflə bağlı razılığa gəliblər.

Bu təklif isə əsasən ABŞ-nin hava gücünə və dəstəyinə əsaslanan dəstək qüvvələrinin potensial yerləşdirilməsini nəzərdə tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью