KİV: Mayotta sakinləri Makronun istefasını tələb edib

20.12.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mayotta sakinləri Fransa prezidenti Emmanuel Makrona dağıdıcı qasırğanın vurduğu adadakı vəziyyətə reaksiyasına görə qəzəblərini bildiriblər.

"Report"un "Euronews"a istinadən verdiyi xəbərə görə, Makron dəymiş ziyanın həcmini qiymətləndirmək və yerli sakinlərə öz dəstəyini göstərmək üçün Hind okeanındakı arxipelaqa səfər edib.

Mayottaya iki günlük səfəri zamanı Makron yerli sakinlərlə mübahisə edib.

Belə ki, görüş zamanı onun istefası ilə bağlı çağırışlar edilib, əlavə yardım tələb olunub.

Yerli sakinlər Parisin zərərçəkənlərə yardım üçün gördüyü tədbirlərdən narazı olduqlarını bildirərək Fransa prezidentini fitə basıblar.

Qeyd edək ki, “Çido” qasırğası dekabrın 14-də Hind okeanındakı Mayotta adasına təsir edib. Hadisə nəticəsində 31 nəfər ölüb, 1 400-dən çox insan xəsarət alıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью