KİV: Meloni Aİ liderlərini Trampa qarşı çıxmamağa inandırıb

23.01.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliyanın Baş naziri Ciorcia Meloni Aİ sammitinin qapalı müzakirələrində həmkarlarını ABŞ Prezidenti Donald Trampa qarşı çıxmağın "pis fikir" olduğu barədə xəbərdarlıq edib.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" anonim mənbələrə istinadən yazıb.

Mənbələrin sözlərinə görə, İtaliyanın hökumət başçısı bəyan edib ki, ABŞ ilə münaqişə durumunda Avropa hər şeyi itirə bilər.

"Politico"nun mənbələrinin bildirdiyinə görə, Meloni sakitliyi qorumağa və Trampı hesabdan silməməyə çağırıb.

Nəşrin qeyd etdiyi kimi, Aİ-nin təcili sammiti Trampın Qrenlandiya üzərində nəzarətlə bağlı tələbinə razı olmayan səkkiz Avropa ölkəsinə qarşı tariflər tətbiq etmək niyyətinə cavab olaraq çağırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью