KİV: Messi İnter Mayami ilə yeni müqavilə imzalayacaq

01.08.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Argentinalı hücumçu Lionel Messi "İnter Mayami" klubu ilə müqaviləsini 2028-ci ilin sonuna qədər uzadacaq.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Xavi Kampos "Tot Kosta" podkastında məlumat verib.

Mənbənin sözlərinə görə, yeni razılaşma yaxın həftələrdə açıqlanacaq. Bildirilir ki, Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında və 2028-ci ildə Amerika Kubokunda çıxış etmək niyyətindədir.

Qeyd edək ki, 38 yaşlı futbolçu 2023-cü ilin yayından "İnter Mayami" klubunda çıxış edir. Onun hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью