KİV: Mirça Luçesku ölüb

06.04.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rumıniya futbol millisinin sabiq baş məşqçisi Mirça Luçesku müalicə aldığı xəstəxanada vəfat edib.

İdman.Biz xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Hələlik bu xəbərlə bağlı rəsmi təsdiq yoxdur və məlumatın doğruluğu dəqiqləşdirilir.

Qeyd edək ki, ötən gün Rumıniya futbol millisinin sabiq baş məşqçisi Mirça Luçesku süni komaya salınmışdı.

Mirça Luçeskunun son iş yeri Rumıniya yığması olub. Komanda onun rəhbərliyi altında DÇ-2026-nın pley-off mərhələsində Türkiyəyə minimal hesabla (0:1) uduzaraq mundialdan kənarda qalıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью