KİV: Muslera mövsümsonu Qalatasaraydan ayrılacaq

26.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Türkiyənin "Qalatasaray" klubunun uruqvaylı qapıçısı Fernando Muslera cari mövsümün sonu klubdan ayrılacaq.

"Report" xəbər verir ki, bu barədə insayder Martin Çarkero sosial şəbəkə hesabında paylaşım edib.

38 yaşlı qolkiper yayda başa çatacaq müqavilə müddətini uzatmaq istəmir. "Əlcək sahibi" ölkəsinin "Penarol" klubuna keçməyi düşünür.

Qeyd edək ki, F.Muslera 2011-ci ildən bu yana "Qalatasaray"da çıxış edir.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью