KİV: Pep Qvardiola Milan ın baş məşqçisi ola bilər

02.04.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İngiltərə təmsilçisi "Mançester Siti"nin baş məşəqçisi Pep Qvadiola İtaliyanın "Milan" klubunu çalışdıra bilər.

"Report" "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, yeni mövsümdən A Seriyası komandasının idman direktoru vəzifəsinə Fabio Paratiçini gətiriləcək.

Qvardiolanın adıçəkilən futbol funksioneri ilə münasibətlərinin yaxşı olması səbəbindən 54 yaşlı mütəxəssisin "rossonerilər"ə baş məşqçi təyin olunacağı təxmin edilir.

Qeyd edək ki, "Milan"a 2024-cü ildən bu yana Serjiu Konseysau rəhbərlik edir.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью