KİV: PKK silahı yerə qoymağa başlayır

30.06.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

PKK iyul ayının əvvəlində tədricən silahı yerə qoyacaq.

APA xəbər verir ki, bu barədə “Al Arabiyya” məlumatlı mənbələrə əsasən xəbər yayıb.

Bildirilib ki, terror təşkilatının bir sıra üzvləri iyulun əvvəlində İraq Kürdüstanının Süleymaniyyə şəhərində silahsızlaşdırma mərasimi keçirəcək və tədrici olaraq bu cür tədbirlər davam edəcək.

Sözügedən proses, PKK-nın özünü buraxması ilə bağlı qərarı çərçivəsində təşkil ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью