KİV: Putin Ukraynada döyüşlərin dayandırılması üçün şərt qoydu

22.04.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə döyüşləri hazırkı cəbhə xətti əsasında dayandırmasını təklif edib.

Oxu.Az xəbər verir ki, belə bir iddia ilə "Financial Times" çıxış edib.

Məlumata görə, Rusiya Federasiyası Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri üzərində tam nəzarətdən imtina etməyə hazırdır. Bunun müqabilində ABŞ Krımı Rusiya ərazisi kimi tanımalı və Ukraynanın NATO-ya qoşulmasını qadağan etməlidir.

Qeyd edək ki, Ukrayna rəsmiləri əvvəlki bəyanatlarında ərazi bütövlüyündən imtina etməyəcəklərini açıq şəkildə bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью