KİV: Putin və Zelenski tezliklə görüşə bilər

25.01.2026

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ administrasiyası yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün baş tuta biləcəyini mümkün sayır.

Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndəsinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda Putin və Zelenski arasında görüşə çox yaxınlaşılıb. Buna baxmayaraq belə bir görüşdən əvvəl Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə əlavə üçtərəfli danışıqların təşkili zəruri hesab olunur.

“Biz düşünürük ki, bu mərhələdən uzaqda deyilik. Əgər indiki kursla irəliləməyə davam etsək, buna nail olacağıq”, – deyə mənbə bildirib.

“Axios”un qeyd etdiyinə görə, ABŞ administrasiyasında Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin BƏƏ-nin Əbu-Dabi şəhərində keçirdiyi üçtərəfli danışıqlar Vaşinqtonda gözlənildiyi qədər uğurlu qiymətləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью