KİV: Qalatasaray Gündoğanla anlaşdı

21.06.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Superliqası təmsilçisi "Qalatasaray" İngiltərənin "Mançester Siti" klubunun yarımnüdafiəçisi İlkay Gündoğanla anlaşıb.

Bakıvaxtı.az "L'Equip" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı oyunçu ilə müqavilənin şərtləri razılaşdırılıb.

Komandalar arasında transferin son detalları müzakirə olunur.

Qeyd edək ki, Türkiyə əsilli almaniyalı futbolçu ötən mövsüm "şəhərlilər"in heyətində 51 matçda 3 qol vurub, 7 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı İlkay Gündoğanın transfer dəyərini 5 milyon avro qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью