KİV: Qəzzada atəşkəs danışıqları bu tarixdə bərpa olunacaq

25.07.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Qəzzada atəşkəs üzrə danışıqlar növbəti həftə bərpa olunacaq. Hazırda İsrail tərəfi HAMAS-ın mövqeyini öyrənir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xəbəri “Al Qahera News TV” yayıb.

İddiaya əsasən, İsrailin nümayəndə heyəti iyulun 24-də baş nazir Benyamin Netanyahunun tələbi ilə məsləhətləşmələr üçün geri qayıdıb. Bundan sonra ABŞ- rəsmiləri də Vaşinqtona çağırılıb.

Telekanalın süjetində həmçinin, hər iki tərəfin razılaşma əldə olunması məqsədilə daxildən ciddi təzyiqlərə məruz qaldığı qeyd edilib.

O da bildirilib ki, Qəzza bölgəsində hökm sürən ərzaq çatışmazlığı vəziyyəti bir qədər də mürəkkəbləşdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью