KİV: Qvardiola “Mançester Siti” ilə müqaviləsini 1 il müddətinə uzadıb | Icma.az
Icma.az, Report.az saytına istinadən bildirir. İngiltərənin “Mançester Siti” futbol komandasının baş məşqçisi Pep Qvardiola klubla müqaviləs
“Report” xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
53 yaşlı mütəxəssisin hazırkı razılaşması bu mövsümün sonunda başa çatırdı.
Müqavilənin uzadılması ilə bağlı rəsmi açıqlama yaxın günlərdə veriləcək.
Əvvəllər Qvardiolanın mövsümün sonunda idman direktoru Çiki Begiristaynla birlikdə klubdan ayrıla biləcəyi güman edilirdi.
İkincinin Portuqaliyanın “Sportinq” klubundan Uqu Viana ilə əvəzlənməsi oktyabrda təsdiqlənmişdi.
Qvardiola “Barselona” və “Bavariya”dakı fəaliyyətindən sonra 2016-cı ildə “Mançester Siti”yə baş məşqçi təyin edilib.
Bu müddət ərzində o, Premier Liqada altı çempionluq və 2023-cü ildə klubun tarixində ilk Çempionlar Liqası qələbəsi daxil olmaqla 18 kubok qazanıb.
Tam oxu
Xəbəri oxu