KİV: Real rəhbərliyi Kilian Mbappenin oyunundan narazıdır

14.11.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

İspaniya təmsilçisi "Real"ın (Madrid) prezidenti Florentino Peres klubun futbolçusu Kilian Mbappenin oyunundan narazıdır.

"Report" "Relevo"ya istinadən xəbər verir ki, fransalı hücumçunun qarşılaşmalar zamanı liderlik keyfiyyətlərini yetərincə nümayiş etdirə bilməməsi "Kral klubu"nun rəhbərliyini narazı salıb.

F.Peres 25 yaşlı oyunçunun tez bir zamanda özünü layiqincə sübut edəcəyinə ümid edir.

Qeyd edək ki, K.Mbappe cari mövsümün əvvəli Fransanın PSJ komandasından "Real"a transfer olunub. O, madridlilərin heyətində meydana çıxdığı 16 matçda 8 qol vurub.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью